Nazarov dubl etdi, komandası darmadağınla qazandı

nazarov-dubl-etdi-komandasi-darmadaginla-qazandi
Oxunma sayı: 718

Almaniya II Bundesliqasında 28-ci turun görüşləri keçirilir.
 
"Qafqazinfo" xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun formasını geyindiyi "Aue" klubu "1860 Münhen"i qəbul edib. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsiylə yekunlaşıb. Dmitri Nazarov oyunda dubla imza atıb. Millimizin futbolçusu 42 və 73-cü dəqiqələrdə penaltidən dəqiq yararlanıb.
 
"Aue" turnir cədvəlində 32 xalla 15-ci pillədədir.