Nazarov yenə qol vurdu - Video

Nazarov yenə qol vurdu
Oxunma sayı: 1411

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 27-ci turun oyunları keçirilir.

"Qafqazinfo" xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” klubu da növbəti matçına çıxıb.

Aue təmsilçisi səfərdə “Nürnberq”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 66-cı dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu da Dmitri vurub. O, 51-ci dəqiqədə komanda yoldaşının ötürməsini dəqiq baş zərbəsiylə tamamlamaqla cari mövsümdə vurduğu qolların sayını 10-a çatdırıb.

Qeyd edək ki, 27 turdan sonra 38 xala malik “Ersgebirge” 18 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.