“Nazənin hara, “Eurovision” hara?”

nazenin-hara-eurovision-hara
Oxunma sayı: 2317


“Məni bu şouya dəvət edəndə çox sevindim. Çox sağ olsun ki, Dilarə xanım mənə bu şəraiti yaratdı. Başıma pomidor töküləcəyi üçün düşmənlərim sevinsin. Məni o qədər istəməyənlər var ki.. Başıma, nəinki,  rəng, daşdan yumşaq nə varsa, atarlar. Xalqın səsi ilə üzbəüz qalmaq bir blokda Rəqsanə İsmayılova  ilə üzbəüz qalmaqdan yaxşıdır. Rəqsanə hərdən səhərlər “Bivəfa” oxuyur. Əgər mənə səs verməsəniz, şou-biznesdəki bir çox sirləri açıqlayacam. Deyəcəm ki, skripkaçı Səlim Abbasov niyə oxuyur? Əli Mirəliyev Səməd Səmədova nə verib ala bilmir? Deyəcəm ki, Nazənin hara, “Eurovision” hara? Mənim başım hara, rəng hara? Heç kimdən alacağım yox, verəcəyim yox. Səsverməni gözləmədən gedib qurğunun altında otururam ki, başıma pomidor suyu töksünlər”. 

Qeyd edək ki, Tolik 1000 səs toplaçasa da, başına pomidor suyu və moyonez tökülməsini istəyib.  

 Könül