Müğənni Nazənin “Lider” telekanalında aparıcılığa başlayır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ifaçının prodüseri Pərviz Fəqan məlumat verib.
O bildirib ki, müğənni həftənin bazar günləri “Dostlar bizi unutmayın” adlı verilişlə tamaşaçıların qonağı olacaq:
“Nazənin xanım xeyli vaxt idi ki, bu layihə üzərində çalışırdı. Çox fərqli bir veriliş olacaq. İlk buraxılışı bu bazar saat 21:00-da olacaq. Verilişin qonaqlarını indidən açıqlamaq istəmirik, baxarsınız, görərsiniz”.
Son xəbərlər
Son Xəbərlər