Nazəninin instaqram hesabı oğurlandı - 7000 dollarlıq təklif-Yenilənib

nazeninin-instaqram-hesabi-ogurlandi
Oxunma sayı: 2919

Müğənni Nazənin Salayevanın instaqram hesabı oğurlanıb. 

“Qafqazinfo” xəbər verir ki, səhifədə qeyri-etik paylaşımlar edilib.

“Bu hesabın oğurlanması üçün 7000 dollar təklif etdilər və biz razılaşdıq! Amma mən öz pulumu almadım. Əgər pul 1 saat ərzində gəlməsə, bunu sifariş edəni paylaşacağam”, - səhifəni oğurlayan şəxs rus dilində yazıb. 

Qeyd edək ki, səhifənin 1 milyondan çox izləyicisi var.

***

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Cəsarət Qənbərov sorğumuza cavab olaraq bildirib ki, məsələ artıq nəzarətə götürülüb, araşdırmalar aparılır.