Nazim Abdullayevin anım mərasimi keçirilib

nazim-abdullayevin-anim-merasimi-kecirilib
Oxunma sayı: 2130

II Fəxri xiyabanda dəfn olunan kəşfiyyatçı, cəsur döyüşçü, “Azərbaycan Bayrağı” ordeni kavaleri Nazim Xanlar oğlu Abdullayevin anım mərasimi keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, döyüşçünün məzarını ziyarət edənlər onun keşməkeşli və şərəfli həyat yolundan, vətənin müdafiəsi uğrunda göstərdiyi şücaətdən söz açıblar. Tədbirdə çıxış edən millət vəkili Mahir Abbaszadə Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını fəda edərək şəhidlik zirvəsinə ucalan Nazim Abdullayevin timsalında şəhidlərimizin, milli qəhrəmanlarımızın cəsurluğu və rəşadətini vətənini sevən hər kəs üçün örnək sayıb.

Sonra Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Laçın rayon şöbəsinin sədri Babək Asalanov bildirib ki, Qarabağ savaşında düşmənə qarşı mərdliklə vuruşan, canını fəda edən Nazim Abdullayev kimi qəhrəmanların səyi nəticəsində bu gün Azərbaycan öz müstəqilliyini qoruyub saxılayır.