Nazim Babayev final şansını itirdi - Yenilənib

nazim-babayev-final-sansini-itirdi
Oxunma sayı: 2773

Avqustun 3-də atletikanın üç təkanla tullanma idman növü üzrə Azərbaycan təmsilçisi Nazim Babayev Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, təsnifat mərhələsində mübarizəyə başlayan kişi idmançımız həlledici mərhələyə yüksəlmək üçün 17,05 metr nəticə göstərməlidir.

***

Nazim Babayev Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxışlarını başa vurub.

İdmançı sonuncu cəhdində 16,72 metr nəticə göstərib. Bu, Babayevin mövsümdə ən yaxşı göstəricisi olsa da, o, finala vəsiqə qazana bilməyib.

N.Babayev A qrupunda 16 idmançı arasında 8-ci, yekunda isə 32 idmançı arasında 15-ci yeri tutub.

İki qrupun nəticəsinə əsasən ilk 12 pillənin sahibi finalda iştirak edəcək.