Nazim Babayevdən daha bir medal

nazim-babayevden-daha-bir-medal
Oxunma sayı: 1566

Azərbaycan atleti Nazim Babayev İsveçin Qavle şəhərində 23 yaşadək atletlər arasında keçirilən Avropa çempionatında gümüş medal qazanıb. 

"Qafqazinfo" xəbər verir ki, o, 3 təkanla 17,03 metr uzununa tullanıb. 

Qeyd edək ki, 22 yaşlı idmançı bundan öncə İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasında qızıl medal qazanmışdı.