Bakıda böyük türk şairi Nazim Hikmətin “Dənizə dönmək istəyirəm” adlı yeni kitabı çapdan çıxıb. Bakı Kitab Klubunun nəşr etdirdiyi kitab oxucuların sifarişi ilə işıq üzü görüb.
“Qafqazinfo”nun məlumatına görə, kitab klubundan AzərTAC-a bildirilib ki, 384 səhifədən ibarət kitaba şairin poema və şeirlərindən seçmələr daxil edilib.
Nazim Hikmət şair, dramaturq, romançı və memuar ustası kimi dünya ədəbiyyatında tanınır. Siyasi düşüncələri üzündən dəfələrlə həbs edilib və yetkin həyatının böyük hissəsini həbsdə, ya da sürgündə keçirib.
Adı XX əsrin ən sevilən şairləri arasında yer alan şairin şeirləri əllidən çox dilə çevrilib, əsərləri bir çox mükafatlara layiq görülüb.

Son xəbərlər
Son Xəbərlər