Bu gün Roma şəhərində “Dinlərarası dialoq vasitəsilə radikallaşma və ekstremizmə cavab” mövzusuna həsr olunan IV Qlobal Bakı ForumunaYüksək Səviyyəli Hazırlıq Görüşü öz işinə başlayıb.
“Qafqazinfo” xəbər verir ki, İtaliyanın Beynəlxalq Təşkilatlar üzrə Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə İtaliya Senatında baş tutan tədbirdə dünyanın bır sıra nüfuzlu liderləri iştirak edir.
Tədbirdə iştirak edənlər sırasında Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyev, Makedoniya Respublikasının Prezidenti Giorge İvanov, İtaliya Senatının Prezidenti Pietro Qrasso, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Sərageldin, Latviyanın sabiq Prezidenti Vayra Vike-Frayberqa, İSESKO-nun Baş direktoru Əbdüləziz Əl-Tuveyrci, Ərəb Dövlətləri Liqasının sabiq Baş katibi Əmr Musa, İtaliyanın sabiq Xarici İşlər Naziri Franko Frattini yer alır. İtaliya, Polşa, Xorvatiya, Andorra, Latviya,Ukrayna, Rumıniya, Moldova, Albaniya, Serbiya və Bolqarıstanın sabiq prezidentləri də toplantıya qatılıb.
Diasporla İş üzrə Dövlət Komitəsi sədri Nazim İbrahimov da görüşdə iştirak edir.
Qeyd edək ki, IV Qlobal Bakı Forumuna hazırlıq məqsədi ilə keçirilən bu tədbir yanvarın 28-ə qədər davam edəcək. Tədbir çərçivəsində yanvarın 27-də İtaliya Prezidenti Sergio Mattarella, yanvarın 28-də isə İtaliyanın Xarici İşlər Naziri Paolo Gentiloni NGBM üzvlərini qəbul edəcək.Görüşlər zamanı etnik və digər zəmində baş verən münaqişələr. demokratiyanın inkişafı, təhsil, ekologiya və digər sahələrdə mövcud problemlər də daxil olmaqla bir sıra qlobal məsələlərin müzakirəsi nəzərdə tutulur.




Son xəbərlər
Son Xəbərlər