Nazim İbrahimov Yəhudi icmasının rəhbərləriylə görüşdü- - Fotolar

nazim-ibrahimov-yehudi-icmasinin-rehberleriyle-gorusdu-
Oxunma sayı: 1033



Dövlət Komitəsinin sədri Nazim İbrahimov qonaqları salamlayaraq onları yenidən Bakıda görməkdən məmnunluğunu ifadə edib. “Qafqazinfo” xəbər verir ki, Nazim İbrahimov Amerika Yəhudi Komitəsi ilə Azərbaycan arasında bir neçə il əvvəl başlayan əməkdaşlığın ilbəil inkişaf etdiyini vurğulayıb və bundan sonra münasibətlərin yüksələn xətlə davam edəcəyinə inandığını deyib: “David Harrisin hər səfərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsi bizim əlaqələrin inkişafını və Azərbaycan tərəfinin bu münasibətlərə nə qədər önəm verdiyini göstərir”.

Öz növbəsində qonaqpərvərliyə görə təşəkkür edən Amerika Yəhudi Komitəsinin İcraçı direktoru və nümayəndə heyətinin rəhbəri Devid Harris bildirib ki,bu, 2008-ci ildən bəri Bakıya artıq dördüncü səfəridir, belə səfərlərin davamla olacağını inanır. Azərbaycanla əlaqələrin inkişafına önəm verdiklərini deyən D.Harris burada müxtəlif millətlərin birgə yaşamasının, eləcə də uzun illərdən bəri Azərbaycanda mövcud olan yəhudi icmasına münasibətin yüksək səviyyədə olmasının rəğbət doğurduğunu deyib.

Daha sonra tərəflər müntəzəm görüşlərin keçirilməsinin əhəmiyyətinu qeyd edib, bu görüşlərin ikitərəfli əlaqələrin inkişafına töhfə verdiyini bildiriblər. Görüşdə həmçinin Dövlət Komitəsi ilə Amerika Yəhudi Komitəsi arasında əməkdaşlığın perpektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Amerika Yəhudi Komitəsinin İcraçı direktoru Devid Harrisin rəhbərliyi ilə 11 nəfərlik nümayəndə heyəti martın 1-dən Bakıda səfərdədir. Səfər çərçivəsində onlar prezident İlham Əliyev, İsrailin və ABŞ-ın Azərbaycandakı səfirləri, həmçinin bir sıra rəsmi şəxslərlə görüşlər keçiriblər.