Nazim İbrahimovdan Almaniya - - Açıqlaması

nazim-ibrahimovdan-almaniya-
Oxunma sayı: 2934


Komitədən "Qafqazinfo"ya verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin perspektivləri, Almaniyada Azərbaycan həqiqətlərinin yayılması kimi məsələlər müzakirə olunub.

N.İbrahimov münasibətlərin daha da yaxşılaşdırılmasının vacibliyini vurğulayıb və Almaniya-Azərbaycan Forumu nümayəndə heyətinin Bakıya səfərinin bu istiqamətdə önəmli rol oynayacağını bildirib.

Almaniyada Azərbaycanla bağlı məlumat boşluğundan danışan Hans-Eber Şlayer bildirib ki, rəhbərlik etdiyi qurumun əsas məqsədlərindən biri də məhz həmin boşluğu doldurmaqdır.

Azərbaycanda dini tolerantlığın yüksək səviyyədə olduğunu qeyd edən qonaq, bu sahədə qazanılmış uğurların təbliğinin vacibliyindən söz açıb.

Komitə sədri Berlində Almaniya və Azərbaycan gənclərinin forumunun təşkil olunmasını təklif edib, gənclərlə yanaşı, diaspor təşkilatlarının da iştirak edəcəyi forumun bu istiqamətdə başlanğıc olacağını deyib.