Nazim Məcidova BDU-da vəzifə verildi

nazim-mecidova-bdu-da-vezife-verildi
Oxunma sayı: 7969

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidova Bakı Dövlət Universitetində yeni vəzifə verilib. Bu barədə məlumatı “Qafqazinfo”ya universitetin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova təsdiqləyib.

O bildirib ki, rektor əvəzi Firudin Qurbanovun əmri ilə N. Məcidov Kadrlar şöbəsinin müdiri təyin olunub. 

Bu günə kimi sözügedən vəzifəni əvəz edən Təranə Əhədova şöbədəki digər vəzifəsini davam etdirəcək. 

N. Məcidov artıq 3 gündür ki, vəzifəsini icra edir.

Qeyd edək ki, Nazim Məcidov bu təyinata qədər uzun illər Dənizkənarı Bulvar İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

Günel Hacı