Nazim Süleymanov istefa verdi

nazim-suleymanov-istefa-verdi
Oxunma sayı: 2771


Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə "Qafqazinfo"ya məlumat verib: “Məşqçi istefa ərizəsini təqdim edib və rəhbərlik ərizəni qəbul edib”

 İstefa ilə bağlı Nazim Süleymanov “İnterpress” saytına açıqlama verib. Mütəxəssis klubdan getməyini iki səbəblə əlaqələndirib: “Mən məşqçilər heyətini istədiyim kimi formalaşdıra bilmədiyim komandada niyə işləməliyəm? Bu, bir səbəbdir.Digər səbəb isə transfer olunmaması ilə bağlıdır. Heyətdə çatışmazlıqlar var. Onları aradan qaldırmaq üçün mütləq heyətə yeni oyunçular qatılmalı idi. “Neftçi” tarix yazmış klubdur. Uğurların davamlı olması üçün bir sıra işlər görülməliydi,alinmadi. 

Dünən axşam Sadıq Sadıqovla görüşüb,ərizəmi təqdim etdim. Sağ olsunlar , qəbul ediblər. “Neftçi”yə uğurlar arzulayıram”. Xatırladaq ki,Nazim Süleymanov “Neftçi”yə ötən ilin oktyabrında baş məşqçi təyin olunmuşdu.


İqbal