Nazim Süleymanov üçün əlamətdar gün

nazim-suleymanov-ucun-elametdar-gun
Oxunma sayı: 1304


Karyerası boyunca bir çox uğurlara imza atmış sabiq hücumçu 1995-ci ildə "Spartak-Alaniya" ilə Rusiya çempionu olmağa nail olmuşdu. Süleymanov ölkə futbolunda bir sıra ilklərin müəllifidi. Belə ki, o, yığma komandanın tarixində ilk qolun müəllifi kimi də adını futbol tariximizə həkk etdirib. Həmçinin Süleymanov Azərbaycan millisinin rəsmi oyunlarda da ilk qolunun müəllifi sayılır. Futbolçu bu uğura AÇ-1996-ın seçmə mərhələsi çərçivəsində Slovakiya ilə matçda imza ata bilib. Veteran futbolçu ölkə xaricində çıxış edən legionerlər arasında vurduğu 73 qolla ən çox fərqlənən futbolçu sayılır. Biz də Nazim Süleymanovu təbrik edir, ona uğurlar arzulayırıq.