Nazim Süleymanova Rusiya klubunda yeni vəzifə verildi

Nazim Süleymanova Rusiya klubunda yeni vəzifə verildi
Oxunma sayı: 3834

Futbol üzrə Azərbaycan millisinin sabiq hücumçusu Nazim Süleymanov Rusiyanın “Ximki” klubunun əvəzedici komandasının baş məşqçisi təyin olunub.

“Qafqazinfo” xəbər verir, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, Nazim Süleymanov ötən ilin sentyabrından Rusiya klubunda çalışır. 58 yaşlı mütəxəssis buna qədər “Ximki”nin U-19 komandasına rəhbərlik edirdi.