Nazirlikdən “Qafqazinfo”ya daxil olan məlumata görə, müşavirədə kənd təsərrüfatı nazirliyinin məsul işçiləri, “Aqrolizinq” ASC-nin, Rayon Aqroservis filiallarının rəhbərləri, alimlər, texniki nəzarət müfəttişləri iştirak ediblər.
Müşavirədə nazir Heydər Əsədov “Aqrolizinq” ASC-nin rayon filiallarındakı nöqsanlardan danışaraq fliallara rəhbərlik edən bəzi şəxslərin peşəkarlıq səviyyəsinin aşağı olması, lizinqə verilən texnikaların istifadəyə görə ödənişlərin vaxtında həyata keçirilmədiyi, mineral gübrələrin sənədləşməsində ciddi nöqsanlara yol verildiyi və gübrələrin dəyərinin vaxtlı-vaxtında ödənilmədiyinin nəzərə çatdırıb.
Heydər Əsədov qısa müddət ərzində “Aqrolizinq” ASC-də elektron kənd təsərrüfatı sisteminin qurulması, aqroservis filiallarında mühasibat və uçot sisteminin yenidən qurulması, texnikadan səmərəli istifadə olunması, gübrəyə təlabatın düzgün müəyyənləşdirilməsi, ödənişlərin vaxtında aprılması barədə ciddi tapşırıq və tövsiyələr verib.
Müşavirədə fəaliyyətində ciddi nöqsanlara yol vermiş 8 aqroservis filialının rəhbəri işdən azad olunub, 6 rayon aqroservis rəhbərinə isə fəaliyyəti araşdırıldıqdan sonra daha ciddi ölçü götürüləcəyi nəzərlərinə çatdırılıb.
“Aqrolizinq” ASC-nin sədri Elşən Məmmədova xəbərdarlıq olundu, müavin Aydın Əzizova töhmət verildi, Aqrotexniki xidmət və təchizatın təşkili şöbəsinin müdiri Sənan Zeynalov isə işdən azad olunub.
Yekunda “Aqrolizinq” ASC-nin rayon Aqroservis filiallarının fəaliyyət mexanizminin təkmilləşdirilməsi, səmərələliyinin artırılması və strukturunun təkmilləşdirilməsi məqsədilə 12 regional nümayəndəliyin yaradılması məqsədəuyğun hesab edilib.
Son xəbərlər
Son Xəbərlər