"Qafqazinfo"nun verdiyi xəbərə görə, nazir bildirib ki, buraxılış imtahanları ilə qəbul imtahanlarının birləşdirilməsi üçün müvafiq dövlət orqanları, o cümlədən TQDK ilə iş birgə aparılacaq: "Hər bir halda təhsil sahəsində qəbul olunan qərarlar üçün hər zaman təhsil alanlara əlavə müddət veriləcək ki, onlar buna uyğunlaşa bilsinlər. Bu mövzu ilə bağlı bu gün birmənalı qərar yoxdur. Bunun 12 illik təhsillə birbaşa bağlantısı yoxdur.
12 illik təhsilə keçid bizim hədəfimizdir. Biz bunun üçün müvafiq təhlillərimizi davam etdirəcəyik. Müddətlər öncədən elan olunacaq. Azərbaycanda ümumi məktəblərin sayı 4500-dir, Təhsil Nazirliyinin birbaşa tabeliyində 20-dən az məktəb fəaliyyət göstərir. 12 illik təhsilin pilot şəklində 2 ildən sonra bu məktəblərdə tədrisinə başlamaq planlaşdırılır. 12 illik təhsilə keçid yuxarı siniflərdə ixtisaslaşmanı təmin edəcək. Şagirdlərin yaxud valideynlərin seçim imkanı olacaq. Kimsə ənənəvi formada davam etmək istəyirsə, ixtisaslaşma olmadan da təhsilinə davam edə biləcək. Kimsə qərar verib seçdiyi ixtisası müəyyən edibsə, onun üçün ixtisaslaşma imkanları yaradılacaq. Bir daha vurğulayıram ki, bu eksperimental şəkildı çox az məktəblərdə tətbiq olunan model kimi başlanacaq. Bu modelin tətbiqinin başlanması üçün 2 il müddət nəzərdə tuturuq.
Prezidentin sərəncamında nəzərdə tutulan rayonlarda təhsil şöbələrinin ləğv edilməsi və bir neçə rayonun bir bölgədə cəmləşdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Növbəti tədris ili üçün sınaq qiymətləndirilməsindən keçən müəllimlərin bir dərs saatının ödənişinin dəyişdirilməsi müzakirə edilir".
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər