Nazir 190 manatlıq birdəfəlik ödəmədən danışdı

nazir-190-manatliq-birdefelik-odemeden-danisdi
Oxunma sayı: 2120

“İşsiz statusu almış şəxslərə 190 manat birdəfəlik ödəmə ediləcək”.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. O bildirib ki, işsiz və məhz pandemiya nəticəsində işsiz qalanlara bu yardım veriləcək: “Özünüməşğulluq proqramı da davam etdirilir. Ötən il 10 min vətəndaş bu xidmətdən istifadə etmişdi. Bu il 11 min insanın cəlb edilməsi nəzərdə tutulur, bunun üçün dövlət büdcəsindən 70 milyon manat ayrılacaq. 

Bu günə kimi əgər vətəndaş öz istəyi ilə işdən çıxardısa, onlara işsizlik sığortası verilmirdi. Qanuna dəyişiklik edildikdən sonra onlara da, müqavilə müddəti başa çatdığı üçün işsiz qalan şəxslərə də işsizlikdən sığorta ödənişi veriləcək”.