Nazir Almaniya televiziyasına Qarabağ münaqişəsindən danışdı

nazir-almaniya-televiziyasina-qarabag-munaqisesinden-danisdi
Oxunma sayı: 961


“Qafqazinfo” xəbər verir ki, görüş əsnasında Nazir Elmar Məmmədyarov Azərbaycanın xarici siyasətinin prioritetləri, müstəqilliyini qazandıqdan sonra ölkəmizin sosial-iqtisadi tərəqqisi və qısa müddət ərzində əldə etdiyi nailiyyətləri barəsində danışıb

Nazir Elmar Məmmədyarov Azərbaycanın uğurlu enerji siyasəti və Avropanın enerji təhlükəsizliyində oynadığı rolundan danışaraq, bu xüsusda TANAP və TAP layihələri və Şah dəniz-II layihəsi üzrə yekun investisiya qərarının imzalanmasına dair 17 dekabr 2013-cü ildə Bakıda keçirilmiş mərasim barəsində məlumat verib.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və işğalçılıq siyasəti barəsində danışan Nazir Elmar Məmmədyarov münaqişənin həllinə nail olmaq üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu diqqətə çatdırıb.