Nazir Almaniyadadır

nazir-almaniyadadir
Oxunma sayı: 647

Görüşdə nazir H.V. Seederin FAO-nun Avropa üzrə Regional Konfransında iştirak etmək məqsədilə 2012-ci ilin aprel ayında Azərbaycana səfəri zamanı aparılmış müzakirələrdən ötən dövr ərzində kənd təsərrüfatı sahəsində əməkdaşlığın gücləndirilməsi üzrə görülmüş işlər müzakirə olunub və bu kontekstdə nazir İsmət Abasov baytarlıq, fitosanitariya və elmi-texniki əməkdaşlıq haqqında sazişlərin hazırlanaraq Estoniya tərəfinə təqdim edildiyini müqabil tərəfin diqqətinə çatdırıb. Eyni zamanda, müqabil tərəf nazir İ. Abasovu 2013-cü ilin aprel ayında Estoniyanın Tartu şəhərində keçiriləcək kənd təsərrüfatı sərgisinə dəvət edib və sərgi çərçivəsində sazişlərin imzalanmasını təklif edib.

Həmçinin, nazir İsmət Abasov Latviya Respublikasının kənd təsərrüfatı naziri xanım Laimdota Strauyuma ilə də görüş keçirib.

Görüşdə 2012-ci ilin iyun ayında Bakı şəhərində hər iki ölkənin kən təsərrüfatı nazirləri tərəfindən imzalanan “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Latviya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nda öz əksini tapmış əməkdaşlıq istiqamətlərinin səmərəli şəkildə həyata keçirilməsi üzrə konkret addımlar və əməkdaşlıq mexanizmləri müzakirə olunub. Tərəflər, iki ölkə arasında bitki və heyvan mənşəli kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsini qənaətbəxş hesab etsə də onun mövcud potensialdan aşağı olduğunu qeyd edərək, ticarət dövriyyəsinin artırılması məqsədilə fitosanitariya və baytarlıq sahələrində sazişlərin imzalanamsının vacibliyini vurğulayıblar.

Nazir Strauyuma Laimdota 2013-cü ilin aprel ayında Riqa şəhərində keçiriləcək kənd təsərrüfatı sərgisinə nazir İsmət Abasovu dəvət edib.