Nazir Azad Rəhimovun Londona rəsmi səfəri başlayıb

nazir-azad-rehimovun-londona-resmi-seferi-baslayib
Oxunma sayı: 682

 

“Qafqazinfo” xəbər verir ki, Londonun məşhur  “The Dorchester Hotel” ində baş tutacaq qala gecədə nazir Azad Rəhimov,  Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, Britaniya Olimpiya Assosiasiyasının rəhbəri Lord Sebastian Coenin çıxışları nəzərdə tutulub. 

Təqdimat mərasimi çərçivəsində qonaqlara Bakı-2015 Avropa oyunlarına hazırlıqla bağlı video çarx nümayiş  olunacaq.

Eyni zamanda qonaqlara konsert proqramı və Azərbaycan tarixini,mədəniyyətini və digər dəyərlərini özündə əks etdirən fotosərgi də təqdim olunacaq.