Nazir bağlanan iş yerlərinin tezliklə açılacağını elan etdi

nazir-baglanan-is-yerlerinin-tezlikle-acilacagini-elan-etdi
Oxunma sayı: 5537

"Yaxın günlərdə iş yerlərinin təkrar fəaliyyətə başlaması nəzərdə tutulur".

"Qafqazinfo"nun verdiyi xəbərə görə, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

O qeyd edib ki, qapanma iyunun 20-dən başlamışdı, avqustun 5-dən isə icazə mexanizmi ləğv edilib:

"Kimlərinsə aztəminatlı kateqoriyasından çıxması, bəzilərinin işlə təmin olunması nəzərə alınaraq yeni hesablanma aparılacaq və yekunda dördüncü ödənişdə nə qədər insanın yardım alması açıqlanacaq".

Murad Əhməd

Foto: Nuran Məmmədov