“Qafqazinfo” Gənclər və İdman Nazirliyinin məbuat xidmətinə istinadən xəbər verir ki, nazir Bakıda keçirilmiş “Euro Beach Soccer Cup Baku 2014”-ü seyr etmiş və təəssuratlarını bölüşüb. :“Çox şadam ki, dünyanın ən məşhur idman yarışlarından biri olan çimərlik futbolu gələn il ölkəmizdə keçiriləcək Avropa Olimpiya oyunlarında digər idman növləri sırasında olacaq və dünya şöhrətli komandalar ölkəmizə təşrif buyuracaq. Əminəm ki, sözün əsl mənasında çox maraqlı yarışlar keçiriləcək. “Dövlət idmanın inkişafına yüksək səviyyədə diqqət verib, maliyyə vəsaiti ayırır. Bizim əsas məqsədimiz gənc nəsildə yeni və maraqlı idman növlərinə maraq oyatmaqdır.Çimərlik futbolu da bu idman növlərindən biridir. Gələcəkdə çimərlik futbolu üzrə beyməlxalq yarışlara ev sahibliyi etməyi düşünürük və əminəm ki, biz birlikdə çox böyük uğurlara imza atacayıq.”
“Euro Beach Soccer Cup Baku 2014”-ə qatılan nazir Azad Rəhimov eyni zamanda Ümumdünya Çimərlik Futbolu Təşkilatının baş icraçı directoru Joan Cusco, Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi və Ümumdünya Çimərlik Futbolu Təşkilatının baş icraçı directorunun müavini Gabino Renales və AFFA-nın baş katibi Elxan Məmmədov ilə görüşüb.
Son xəbərlər
Son Xəbərlər