Nazir Beynəlxalq Bankdan danışdı

nazir-beynelxalq-bankdan-danisdi
Oxunma sayı: 1345

Maliyyə naziri Samir Şərifov Beynəlxalq Bankın toksik aktivlərinin təmizlənməsi ilə bağlı həyata keçirilən işlərdən danışıb.

“Qafqazinfo” xəbər verir ki, nazir bu istiqamətdə işlərin davam etdirildiyini nəzərə çatdırıb: “Şübhəsiz əvvəl qiymətləndirmələr aparılır. Əvvəl bununla bağlı Mərkəzi Bankın, indi isə Maliyyə Bazarlarına Nəzarət Palatasın müəyyən normativ sənədləri mövcuddur. Bu sənədlərə uyğun olaraq bankların aktivləri, yəni kreditləri təsnifləşdirilməsi həyata keçirilir və təsnifləşməyə əsasən onların problemli və problemsiz olması müəyyən edilir.

Təsnifləşməyə əsasən Beynəlxalq Bankda kifayət qədər müəyyən aktivlər problemli və toksik olduğu müəyyən edilib. Bu proses davam edir. Nəzərə alamaq lazımdır ki, devalvasiya nəticəsində bir qədər əlavə problemlər bu bankda özünü büruzə verib. Palata yenidən aktivlərin təsnifləşdirilməsi nəticəsində problemin daha dəqiq səviyyəsi və məbləği müəyyən edəcək”.

İpoteka kreditlərinin bərpası məsələsinə də toxunan S. Şərifov qeyd edib ki, proses dövlət ipoteka kreditləşməsinə İpoteka Fondunun yenidən qurulması üzrə hüququ sənədlərə baxılması başa çatandan sonra mümkün olacaq: "Büdcədə ipoteka üçün nəzərdə tutulan vəsait var. İpotekla Fondunun yenidən qurulması üzrə müəyyən hüququ sənədlər hazırlanır və hazırda aiddiyyəti səviyyələrdə baxılır. Bu iş başa çatandan sonra ipoteka, o cümlədən sosial ipoteka kreditləşməsi davam etdiriləcək”.

Günel Türksoy