Nazir Beynəlxalq Qara Dəniz fondunun prezidentiylə görüşüb

nazir-beynelxalq-qara-deniz-fondunun-prezidentiyle-gorusub
Oxunma sayı: 814


“Qafqazinfo” xəbər verir ki, görüşdə nazir Elmar Məmmədyarov Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələr haqda danışıb, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin region ölkələri üçün olan əhəmiyyətini vurğulayıb.

İsmayıl Safi nazir Elmar Məmmədyarova rəhbərlik etdiyi fondun fəaliyyəti və gələcək planları haqda ətraflı məlumat verib. Azərbaycan ilə Fond arasında əməkdağlığın gələcəkdə daha da genişləndirilməsinə ümidvar olduğunu bildirib.