Nazir bir qrup zabitə polkovnik rütbəsi verdi - Foto

nazir-bir-qrup-zabite-polkovnik-rutbesi-verdi
Oxunma sayı: 3385

Martın 18-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə hərbi xidmətdə fərqlənən bir qrup zabitə növbəti polkovnik hərbi rütbəsi verilib.

“Qafqazinfo” xəbər verir ki, Silahlı Qüvvələrin rəhbər heyətinin iştirakı ilə keçirilən tədbirdə Müdafiə naziri rütbələrə təqdim olunan hərbi qulluqçuları təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb.

“Qarşımızda torpaqlarımızın işğaldan azad olunması vəzifəsi dayanır. Siz də bütün Silahlı Qüvvələrimizin şəxsi heyəti kimi Ali Baş Komandanın və xalqımızın etimadını doğruldaraq bu müqəddəs vəzifənin yerinə yetirilməsinə hazır olmalısınız”, - deyə Müdafiə naziri bildirib.