Nazir Cəlilabadda vətəndaşları qəbul edəcək

nazir-celilabadda-vetendaslari-qebul-edecek
Oxunma sayı: 758

Gənclər və idman naziri Azad Rəhimov mayın 20-də Cəlilabad rayonunda vətəndaşları qəbul edəcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, qəbulda Astara, Cəlilabad, Lənkəran, Lerik, Masallı, Yardımlı rayon və şəhər sakinləri iştirak edəcəklər.

Qəbul Heydər Əliyev Mərkəzində (Cəlilabad şəhəri, Heydər Əliyev prospekti, Heydər Əliyev parkının ərazisi, RİH ilə üzbəüz) saat 11:00-da başlanacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayon(şəhər) gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

Astara – 055-789-03-34, 051-432-01-10
Cəlilabad – 050 (55)-315-25-25
Lənkəran – 051-505-30-30
Lerik – 050-349-57-79
Masallı – 050-637-44-88, 055-237-44-88
Yardımlı – 070-317-40-04