Nazir Çexiyanın yeni səfirini qəbul edib- - Foto

nazir-cexiyanin-yeni-sefirini-qebul-edib-
Oxunma sayı: 795


XİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, E. Məmmədyarov səfir V.Pivonkanı səfir təyin olunması münasibətilə təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb.

Görüş əsnasında Azərbaycanla Çexiya arasındakı münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq ifadə olunaraq, iqtisadi və turizm sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb. Bu xüsusda, parlamentlərarası əlaqələrin iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsində mühüm rol oynadığı qeyd edilib.

Səfir V.Pivonka fəaliyyəti dövründə Azərbaycan ilə Çexiya arasında münasibətlərin hərtərəfli inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib. O, etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.