Nazir çimərliklərdəki hasarlama haqda - “Səlahiyyətimizdə deyil”

nazir-cimerliklerdeki-hasarlama-haqda-
Oxunma sayı: 1360

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Xəzər dənizinin bir çox ərazilərdə hasarlanmasına münasibət bildirib.

“Qafqazinfo”nun Report-a istinadən məlumatına görə, Hüseyn Bağırov "ASAN radio"nun “QəbuldASAN” verilişində deyib ki, bu məsələlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətində deyil.

Nazir bildirib ki, bu məsələlər üçün müvafiq təşkilatlar var: "Qərar qəbul etmək, məsələlərə nəzarət etmək dövlət orqanı kimi bizə aid olmayan işlərdir".

Bununla yanaşı, nazir deyib ki, dənizin hasarlanması məsələsində insanların kütləvi istifadə etdiyi yerlərdən bir az qaçmaq olardı.