“İlkin məlumatlara əsasən, Çin Xalq Respublikasında koronavirusun yayıldığı bölgələrdə 7 tələbəmiz təhsil alır”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Təhsil naziri Ceyhun Bayramov mətbuat konfransında deyib. Nazir bildirib ki, qurum bu istiqamətlə bağlı Xarici İşlər Nazirliyi və Çindəki Azərbaycan Səfirliyi ilə daim əlaqədədir:
“Bildiyimiz kimi, Çin hökuməti həmin bölgələrdə virusun qarşısının alınması istiqamətində karantin rejiminə keçib. Giriş- çıxışla bağlı məhdudiyyətlər tətbiq olunur. Bizdə olan məlumata görə, səfirliyimizlə həmin tələbələr arasında əlaqələr var. Çin hökumətinə bizimlə yanaşı 50-dən çox ölkə vətəndaşlarının, tələbələrin ölkədən çıxarılması ilə bağlı müraciət edilib.
XİN-dən əldə etdiyimiz məlumata görə, bu gün Çinin Xarici İşlər Nazirliyində bununla bağlı iclas keçiriləcək. Böyük ehtimal daha sonra ictimaiyyətə açıqlama olacaq.
Biz öz tərəfimizdən hadisələri diqqətdə saxlayırıq. 62 nəfər dövlət xətti ilə olmaqla, ümumilikdə, 500 nəfərə yaxın tələbəmiz Çində təhsil alır”.
Günel Hacı
Son xəbərlər
Son Xəbərlər