Nazir diaspor üzvləri ilə görüşdü

nazir-diaspor-uzvleri-ile-gorusdu
Oxunma sayı: 1049

Avstriyaya işgüzar səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Avstriyadakı Azərbaycan diasporunun üzvləri ilə görüşüb.

XİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, nazir diaspor üzvləri ilə Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti, ölkəmizin 30 ildə yaxın müddət ərzində münaqişənin sülh yolu ilə həlli istiqamətində səylər göstərməsi və Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində bu səylərin heç bir nəticə verməməsi barədə danışıb.

Ermənistanın təxribatlarına cavab olaraq Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyi fəxarətlə vurğulanıb.

44 günlük Vətən müharibəsi dövründə diaspor üzvlərimiz tərəfindən sərgilənən həmrəyliyin təqdirəlayiq olduğu diqqətə çatdırılıb və bu həmrəyliyin davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.