Nazir ən yüksək bal yığanlarla görüşdü - Fotolar

nazir-en-yuksek-bal-yiganlarla-gorusdu
Oxunma sayı: 1721

Bu gün Təhsil naziri Ceyhun Bayramov müəllimlərin işə qəbulu üzrə imtahan prosesini izləyib.

"Qafqazinfo" xəbər verir ki, Təhsil nazirinə imtahan prosesi haqqında ətraflı məlumat verilib, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 48 204 namizədin iştirak hüququ qazandığı qeyd olunub. İmtahanlarda 3 nəfər 60, 2 nəfər 59, 14 nəfər isə 58 bal toplayıb.

Sonra Təhsil naziri Ceyhun Bayramov müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək nəticə göstərən namizədlərlə  görüşüb. 

Təhsil naziri bildirib ki, bu il 55 minə yaxın şəxsin qeydiyyatdan keçərək müəllim olmaq üçün müraciət etməsi bu prosesin obyektiv və şəffaf keçirilməsinə olan etimaddan xəbər verir. Ceyhun Bayramov həmçinin Azərbaycanın təhsil tarixində ilk dəfə 2090 nəfər abituriyentin 500 və daha yuxarı bal toplayaraq məhz müəllimlik ixtisasını seçməsini diqqətə çatdırıb.

Tədbirdə  yüksək bal toplayan müəllimliyə namizədlər çıxış edərək müsabiqənin tam şəffaf və  obyektiv şəkildə keçirildiyini deyib.