Nazir əvəzi mədəniyyət sahəsinə özəl sektoru cəlb etmək istəyir

nazir-evezi-medeniyyet-sahesine-ozel-sektoru-celb-etmek-isteyir
Oxunma sayı: 1298

“Mədəniyyət sahəsi dövlətin dəstəyinə ehtiyac olan sahədir. Ancaq biz istəyirik ki, özəl sektoru bura cəlb edək. Bu zaman da təklif edirik ki, həmin özəl sektora vergi güzəştləri tətbiq olunmalıdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Mədəniyyət naziri əvəzi Anar Kərimov Milli Məclisdə deyib.

O bildirib ki, cəmiyyəti narahat edən tarixi və mədəni abidələr məsələsidir: “Bununla bağlı çoxsaylı müraciətlər alırıq. Ancaq hamısını birdəfəlik həll etmək mümkün deyil. İlk növbədə, abidələrlə bağlı yenidən reyestr işlənməlidir. Sonuncu reyestr 2001-ci ildə tərtib edilib. Bərpa olunası abidələrimiz çoxdur. Biz məhdud maliyyə resurslarımızla abidələrin hamısını bərpa edə bilmərik. Beynəlxalq meyara cavab verən siyahı tərtib olunacaq və ardıcıllıqla bu işlər həyata keçiriləcək”.

Günel Türksoy