Nazir FİFA prezidentinin dediyini təkzib etdi

nazir-fifa-prezidentinin-dediyini-tekzib-etdi
Oxunma sayı: 758

Gənclər və idman naziri Azad Rəhimov FİFA prezidenti Canni İnfantinonun Azərbaycan və Türkiyənin müştərək olaraq DÇ-2026-ya ev sahibliyi etmək istədiyi barədə verdiyi açıqlamaya münasibət bildirib.

“Qafqazinfo” azerisport.az-a istinadən xəbər verir ki, o, bu xəbəri təkzib edib: "İnfantino düz deməyib. Azərbaycan belə bir təklif irəli sürməyib".