Nazir Fransaya getdi

nazir-fransaya-getdi-
Oxunma sayı: 1221



“Qafqazinfo” xəbər verir ki, general-polkovnik Zakir Həsənovun Fransa Respublikasının Müdafiə naziri Jan-İv Le Drian, Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi admiral Eduard Qiyo, eləcə də Fransanın müdafiə məhsulları istehsal edən bir sıra şirkətlərinin rəhbərləri ilə görüşlər keçirməsi, ikitərəfli əməkdaşlığın perspektiv istiqamətləri, beynəlxalq və regional təhlükəsizlik məsələləri barədə müzakirələr aparması planlaşdırılır. 

Səfər zamanı Azərbaycan Respublikası və Fransa Respublikasının Müdafiə Nazirlikləri arasında müdafiə sahəsində əməkdaşlıq anlaşmasının imzalanması nəzərdə tutulub. 
Zakir Həsənovun Fransaya səfəri yanvarın 14-dək davam edəcək.