Nazir həlak olan Aysudan yazdı

Nazir həlak olan Aysudan yazdı
Oxunma sayı: 3501

"Ermənistan silahlı qüvvələrinin dinc əhalimizə qarşı cinayət əməlləri davam etməkdədir. Çox təəssüf ki, bu gün daha bir şagirdimiz düşmən təcavüzünün qurbanı olub".

"Qafqazinfo" xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev öz feysbuk hesabında paylaşıb.

Nazir qeyd edib ki, həlak olan Aysu İsgəndərova Bərdə rayonu Qarayusifli kənd tam orta məktəbinin 2-ci sinif şagirdi idi.

"Allahdan şagirdimizə rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verirəm!"