Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının sədri, Mədəniyyət naziri Əbülfəs Qarayev iyulun 4-də İraqın Mədəniyyət naziri Abdulameer Madhi ilə görüşüb.“Qafqazinfo” xəbər verir ki, Ə. Qarayev İraq nümayəndə heyətinin sessiyada iştirakını yüksək dəyərləndirib.
İraqın mədəniyyət naziri iki ölkə arasında münasibətlərin qədim kökləri olduğunu bildirib. Qeyd edib ki, tarix boyu Azərbaycan və İraq arasında siyasi və mədəni əlaqələr mövcud olub. İraqda yaşayan Azərbaycan türkləri keçmişdən bu günə öz mədəniyyətlərini təbliğ edirlər.
Nazir Əbülfəs Qarayev qonağın fikirlərinə şərik olduğunu söyləyib. Əlavə edib ki, İraqın beynəlxalq tədbirlərdə aktiv iştirakını görmək böyük məmnunluq yaradır:
“Biz Azərbaycan dövləti olaraq İraq xalqının hər zaman sülh və əmin-amanlıq şəraitində yaşamağının arzusundayıq”.
Daha sonra görüşdə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Azərbaycanın dünyada mədəni əlaqələrin inkişafı üçün həyata keçirdiyi tədbirlərin önəmi vurğulandı. Gələcəkdə iki ölkə arasında mədəni əlaqələrin qurulması, inkişaf etdirilməsi istiqamətində qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.


Son xəbərlər
Son Xəbərlər