Nazir iclas keçirdi

nazir-iclas-kecirdi
Oxunma sayı: 633

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, tədbirdə Nazirliyin struktur bölmələrinin, tabeliyindəki qurumların, eləcə də regional bölmələrin rəhbərləri iştirak ediblər.

İclasda Dövlət İnvestisiya Proqramında nəzərdə tutulmuş layihələrin icrasına nəzarətin gücləndirilməsi, kənd yollarının əsaslı təmiri, yeni yolların çəkilməsi, su və kanalizasiya sahəsində layihələrin həyata keçirilməsi, çaylarboyu kəndlərdə modul tipli sutəmizləyici qurğuların quraşdırılması, meliorasiya işlərinin, su anbarlarının tikintisinin davam etdirilməsi, əhalinin qaz və elektrik enerjisi təchizatının yaxşılaşdırılması, alternativ enerji mənbələrindən daha geniş istifadə, çaylarda kiçik su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, iri taxılçılıq, müasir heyvandarlıq və südçülük təsərrüfatlarının yaradılması, üzümçülüyün inkişafına dair Dövlət Proqramının icrasının sürətləndirilməsi, intensiv bağçılığın inkişafı, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, potensial ixrac bazarlarının müəyyənləşdirilməsi, yerli məhsulların xarici bazarlara çıxarılması, dövlət və özəl şirkətlərin xarici ölkələrdə həyata keçirilən layihələrdə iştirak imkanlarının araşdırılması, sənaye parklarının yaradılması prosesinin davam etdirilməsi, Gəncədə alüminiumyönümlü texnoparkın yaradılması, 2014-2018-ci illər üçün regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının, 2013-2023-cü illər üzrə Strateji İnkişaf Planının hazırlanması və digər sahələrdə İqtisadi İnkişaf Nazirliyi tərəfindən həyata keçirilməsi nəzərdə tutulan tədbirlər müzakirə edilib.

İclasda İqtisadi İnkişaf naziri, Kollegiyanın sədri Şahin Mustafayev qarşıya qoyulan vəzifələrin vaxtında və keyfiyyətlə həyata keçirilməsi istiqamətində konkret tapşırıqlar verib.

Nigar Məmmədli