Nazir iclas keçirdi

nazir-iclas-kecirdi
Oxunma sayı: 659

“Qafqazinfo” xəbər verir ki, İsmət Abasov qeyd edib ki, nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 nömrəli və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə“ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 iyun 2008-ci il tarixli 135 nömrəli Qərarlarının icrasına uyğun olaraq 2012-və 2013-cü illərdə kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştli qiymətlə satışı və onların dəyərinin 50 faizinin dövlət vəsaiti hesabına ödənilməsi üçün satıcı təşkilatlardan və rayon komissiyalarından sənədlərin daxil olması davam edir.

Komissiya 9 satıcı təşkilat, o cümlədən, “Aqrolizinq” ASC, “Aqrokimya” MMC, “İ.E.R. LTD” MMC, “Azər Şəkər İstehsalat Birliyi” MMC, “MKT İK” MMC, “PƏRVİZ İKF” MMC, “Aqrolayn QRUP” MMC və “ELÇİN” MMC və “Mikro Az Feed” MMC üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 nömrəli Qərarı ilə təsdiq olunmuş «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydaları»nın 1.2, 2.3 və 2.8 maddələrinə və «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 iyun 2008-ci il tarixli 135 nömrəli qərarının 2.1, 2.3 və 5-ci maddələrinə uyğun olaraq 4215 nəfər istehsalçıya 56172,42 hektara görə 50 faiz güzəştlə satılmış 8294,4 ton mineral gübrə üçün 2 milyon 503 min 342 manat dövlət büdcəsi vəsaitinin onların hesabına ödənilməsi barədə Qərar qəbul edib.