Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov fevralın 15-də və 16-da Cəlilabadda vətəndaş qəbulu keçirib.
DİN Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, Cəlilabad, Neftçala, Biləsuvar və Cəbrayıl rayonlarından qəbula gələn 225 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün rəislərə tapşırıqlar verib. Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb.
Səfər çərçivəsində V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı da keçirib. Sıra baxışında ətraf rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak edib. 36-sı Vətən müharibəsi iştirakçısı, 4-ü isə şəhid ailələrinin üzvləri olmaqla xidmətə qəbulun şərtlərinə uyğun gələn 154 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.


Son xəbərlər
Son Xəbərlər