Nazir imtahan suallarının çətin olmasına münasibət bildirdi

nazir-imtahan-suallarinin-cetin-olmasina-munasibet-bildirdi
Oxunma sayı: 2799

Təhsil naziri Emin Əmrullayev ali məktəbə qəbul imtahanlarında şagirdlərin çətinlik çəkməsi, sualların dərs proqramından çətin olması ilə bağlı sualı cavablandırıb.

“Qafqazinfo” xəbər verir ki, AzTV-də yayımlanan “Hədəf” verilişində qonaq olan nazir qeyd edib ki, universitetlərə sənəd verənlərdən cəmi 40-45 min nəfəri ali məktəbə qəbul olunur:

“Suallar çətindirsə, hamı üçün çətindir və asandırsa, hamı üçün asandır. Suallarla bağlı DİM hər il təhlillər aparır və hesabat yayır. Açıq suallarla bağlı uşaqların müəyyən çətinlikləri var. Lakin 2 il əvvəl şagirdlər açıq suallara cavab vermək istəmirdilərsə, artıq bu proses asanlaşıb.

Asan və çətindən çox vacib məsələ biz nəyi ölçürük məsələsidir. DİM-in müasir testlərində oxuyub-anlama, dinləyib anlama və digər vərdişlər ölçülür. Bu mənada bizim imtahanlar ilk anda çətin görünsə də, əslində çox faydalıdır. Eyni şeyi digər fənlərə də aid etmək olar. Yəni suallar çətindirsə, hamı üçün çətindir və asandırsa hamı üçün asandır”.

Gülnar Əliyeva