Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan İranın İslam Mədəniyyəti və Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkmanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
"Qafqazinfo" xəbər verir ki, qonaqları salamlayan Əbülfəs Qarayev Azərbaycan və İran arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib.
Qeyd edib ki, bu gün iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq əlaqələri inkişaf edir. Bu münasibətlərin inkişafına bizim mehriban dostluğumuz, qonşuluğumuz və tarixi əlaqələrimiz daha da təkan verir. Azərbaycan və İranı ortaq tarix, mədəniyyət və din bir-birinə daha sıx bağlayır.
İranın İslam Mədəniyyəti və Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkman Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə Bakıda səfərdə olduqlarını vurğuladı, səfər çərçivəsində bir sıra maraqlı görüşlər keçirdiklərini deyib.
Son xəbərlər
Son Xəbərlər