Nazir İsrailin yeni səfirini qəbul etdi

Nazir İsrailin yeni səfirini qəbul etdi
Oxunma sayı: 407

Xarici İşlər naziri Elmar Məmmədyarov İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Corc Diki qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, görüş zamanı tərəflər Azərbaycan və İsrail arasında enerji və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə edib, iqtisadi, elm-təhsil, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd ediblər.

Səfir etimadnaməsinin surətini nazirə təqdim edib.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi