Nazir Əbülfəs Qarayev Almaniya Bundestaqının deputatı, parlamentin Cənubi Qafqaz Dostluq Qrupunun sədri xanım Karin Ştrens ilə görüşüb.
“Qafqazibfo” xəbər verir ki, Qarayevin Almaniyaya səfəri çərçivəsində görüşləri davam edir. Cari ilin 7 mart tarixində Almaniya Bundestaqının deputatı, parlamentin Cənubi Qafqaz Dostluq Qrupunun sədri xanım Karin Ştrens ilə görüş baş tutub.
Görüşdə Almaniya-Azərbaycan əlaqələri, Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyinin qeyd edilməsi və s. məsələlər barədə ətraflı müzakirələr aparılıb. Nazir dövlət başçısının dəstəyi ilə ölkəmizin dünyada mədəniyyətlərarası dialoq məkanı və tolerant ölkə olmasını vurğulayaraq xanım parlamentarini ölkəmizdə keçiriləcək qlobal əhəmiyyətli tədbirlər barədə də məlumatlandırıb.
Əbülfəs Qarayevin İTB Berlin sərgisində Azərbaycan stendinin açılışında, həmçinin, bu sərgi çərçivəsində 8 mart tarixində keçiriləcək İpək Yolu ölkələrinin Turizm Nazirlərinin 7-ci görüşündə və Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyi ilə bağlı tədbirlərdə iştirakı da planlaşdırılır.
Xatırladaq ki, nazir Əbülfəs Qarayev 8-12 mart 2017-ci il tarixində keçiriləcək İTB Berlin Beynəlxalq Turizm Sərgisində iştirak, həmçinin Almaniya ilə Azərbaycan arasında mədəniyyət və turizm sahəsində əməkdaşlığın inkişafı məqsədilə Berlin şəhərində səfərdədir.

Son xəbərlər
Son Xəbərlər