Mədəniyyət və Turizm Nazirliyinin Mingəçevir Turizm Kollecinin 10 illik yubileyi təntənə ilə qeyd olunub.
"Qafqazinfo" xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzüblər.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru Cəfər Cəfərov, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov əvvəlcə Mingəçevir Turizm Kollecinin maddi-texniki bazası və tədris-təlim prosesi ilə tanış olub, müəllim və tələbələrlə görüş keçirib, ötən 10 il ərzində təhsil ocağının fəaliyyəti və qazandığı uğurlarla bağlı hazırlanan videoçarxa baxıblar.
Qonaqlar təhsil müəssisəsinin kollektivini yubiley münasibətilə təbrik edərək onlara ən xoş arzularını çatdırıb, öz tövsiyələrini veriblər.
Sonra Mingəçevir Dövlət Dram Teatrında möhtəşəm yubiley mərasimi keçirilib. Tədbir iştirakçıları əvvəlcə kollecin tələbələrinin əl işlərindən ibarət sərgiyə baxıblar. Mərasimdə çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru, professor Əyyub Əyyubov ölkəmizdə turizm sahəsi üçün ixtisaslı kadrlar hazırlayan bu təhsil ocağının ötən 10 il ərzində gördüyü işlər, əldə etdiyi uğurlar barədə məlumat verib.
Son xəbərlər
Son Xəbərlər