Nazir kollecə yeni direktor təyin etdi

nazir-kollece-yeni-direktor-teyin-etdi
Oxunma sayı: 4481

Təhsil Naziri Ceyhun Bayramov Bakı İdarəetmə və Texnologiya Kollecinə (BİTKol) yeni direktor təyin edib. “Qafqazinfo”ya daxil olan məlumata görə, nazir bununla bağlı bu gün əmr imzalayıb.

F.Şahbazlı 1955-ci il aprelin 25-də Dəvəçi rayonunda anadan olub. 2015-ci ildə Təhsil Problemləri İnstitutunun direktor müavini vəzifəsinə keçirilib. 

F.Şahbazlı 3 fənn proqramının, 5 orta məktəb dərsliyinin, 1 metodik vəsaitin, 70-dən artıq məqalənin müəllifi, “Azərbaycanın təhsil siyasəti” ikicildliyinin tərtibçisidir. O, əməkdar müəllimidir.