Nazir komissiyanın iclasını keçirdi

nazir-komissiyanin-iclasini-kecirdi
Oxunma sayı: 647

“Qafqazinfo” xəbər verir ki, İ. Abasov qeyd edib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 nömrəli və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə“ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 iyun 2008-ci il tarixli 135 nömrəli Qərarlarının icrasına uyğun olaraq 2012-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştli qiymətlə satışı və onların dəyərinin 50 faizinin dövlət vəsaiti hesabına ödənilməsi üçün satıcı təşkilatlardan və rayon komissiyalarından sənədlərin daxil olması davam edir.

Komissiya 9 satıcı təşkilat, o cümlədən, “Aqrolizinq” ASC, “Aqrokimya” MMC, “İ.E.R. LTD” MMC, “Azər Şəkər İstehsalat Birliyi” MMC, “MKT İK” MMC, “AQRO NUR” MMC, “Aqrolayn QRUP” MMC və “CTS AQRO” MMC və “Mikro Az Feed” MMC üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 nömrəli Qərarı ilə təsdiq olunan «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydaları»nın 1. 2, 2. 3 və 2. 8 maddələrinə və «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 iyun 2008-ci il tarixli 135 nömrəli qərarının 2. 1 və 2. 3 maddələrinə uyğun olaraq 11422 nəfər istehsalçıya 68265, 15 hektara görə 50 faiz güzəştlə satılmış 11860, 7 ton mineral gübrə üçün 2 milyon 917 min manat dövlət büdcəsi vəsaitinin onların hesabına ödənilməsi barədə Qərar qəbul edib.