Nazir Lənkəran “MERO”ya yeni rəis təyin etdi

Nazir Lənkəran “MERO”ya yeni rəis təyin etdi
Oxunma sayı: 5376

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov yol polisində daha bir kadr dəyişikliyi edib. 

"Qafqazinfo" xəbər verir ki, nazirin əmri ilə Ağsu Regional İmtahan-Qeydiyyat və Texniki baxış şöbəsinin rəisi, polis polkovnik-leytenantı Kamran Məmmədov tutduğu vəzifədən azad edilib.

Nazirin digər əmri ilə o, 5 saylı Lənkəran Regional İmtahan-Qeydiyyat və Texniki baxış şöbəsinə rəis təyin olunub.