Nazir magistr dissertasiyalarının müdafiəsində iştirak etdi

Nazir magistr dissertasiyalarının müdafiəsində iştirak etdi
Oxunma sayı: 1084

Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, “Hüquqşünaslıq” ixtisasının “Kommersiya hüququ” ixtisaslaşması üzrə Yekun Dövlət Attestasiya Komissiyasının sədri, hüquq üzrə fəlsəfə doktoru Sahil Babayevin sədrliyi ilə magistr dissertasiyalarının müdafiəsi keçirilib.

"Qafqazinfo" xəbər verir ki, dissertasiya işləri “Mülki proses və kommersiya hüququ” kafedrasında Azərbaycan dilində geniş həcmdə referat təqdim etməklə ingilis dilində yerinə yetirilib. Magistrantların elmi və peşə hazırlığını yüksək qiymətləndirən Yekun Dövlət Attestasiya Komissiyasının sədri Sahil Babayev müdafiədə iştirak edən magistrantlara rəhbərlik etdiyi nazirlikdə ixtisasları üzrə iş təklif edib.

Qeyd edək ki, “Kommersiya hüququ” ixtisaslaşması üzrə dissertasiya işlərini müdafiə edən altı magistrantın hər biri “əla” qiymət alıb. 

 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi